KHOJALY GENOCIDE - THE TRAGEDY OF THE 20TH CENTURY

 

26 February 1992 

 

The Khojaly genocide is one of the most terrible and tragic pages of Azerbaijan history. 

“read more about Khojaly”

KÜVEYTİN “ƏL-RAY” QƏZETİNDƏ AZƏRBAYCAN SƏFİRİNİN 28 MAY – RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ GENİŞ MƏQALƏSİ DƏRS EDİLMİŞDİR

Əl-Küveyt, 30 may (AzərTAc). Azərbaycan Respublikasının Küveytdəki səfirliyindən bildirmişlər ki, 28 May –Respublika Günü münasibətilə səfirlik tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Küveytin ən populyar qəzetlərindən biri olan “Əl-Ray”da səfir Şahin Abdullayevin geniş məqaləsi dərc olunmuşdur.
Müsəlman Şərqində ilk demokratik respublika olan ADR-in yaranma tarixindən söhbət açan səfir, 23 ay yaşamış dövlətin fəaliyyət istiqamətlərindən, bu dövrdə parlament, insan hüququ və digər mütərəqqi sahələrdə həyata keçirilmiş islahatlar barədə oxuculara məlumat vermişdir.
Ş.Abdullayev ADR-in süqutuna səbəb olmuş əsas amillər sırasında Qızıl ordu və erməni silahlı qüvvələri faktorunun oynadığı mənfi rolu xüsusilə vurğulamış, o dövrdə və daha sonra ölkəmizin qarşılaşdığı problemləri diqqət mərkəzinə gətirmişdir.
Məqalədə Azərbaycan xalqının şanlı müstəqillik tarixi, müstəqilliyimizin bərpası, möhkəmləndirilməsi, qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin mühüm rolu və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilmişdir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində müasir Azərbaycanda əldə olunmuş sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, neft strategiyası məqalədə geniş işıqlandırılmışdır.
Ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinə də materialda xüsusi yer ayrılmışdır. Burada Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğal olunması, işğal zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, islam və digər tarixi abidələrimizin məhv edilməsi və yandırılması, xalqımıza dəyən maddi və mənəvi zərər barədə oxuculara məlumat verilmişdir.

  

 

Go to top